Rusiyanın Sakit Okean Donanması genişmiqyaslı təlimlərə başlayır

04.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Sakit Okean Donanması Yapon və Oxot dənizlərini, eləcə də Sakit Okeanın şimal-qərb hissəsini əhatə edən genişmiqyaslı təlimlərə start verir. Bir neçə həftə davam edəcək təlimlərdə 13 mindən çox hərbçi iştirak edəcək.

XQ xəbər verir ki, donanmanın mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə təxminən 60 döyüş gəmisi və sualtı qayıq, eləcə də 30-a yaxın təyyarə, helikopter və PUA cəlb olunub. Admiral Viktor Liinanın rəhbərliyi ilə keçiriləcək ikitərəfli manevrlər zamanı yüksək dəqiqlikli silahların və müasir hərbi texnikanın inteqrasiya olunmuş tətbiqi həyata keçiriləcək.

Bu tədbir 2026-cı ildə Sakit Okean Donanmasının əsas əməliyyat və döyüş hazırlığı tədbiri olaraq qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью