Rusiyanın səfiri İsrail Knessetinin sədri ilə GÖRÜŞDÜ

17.06.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Yerusəlimdə Rusiya Federasiyasının İsraildəki səfiri Aleksandr Viktorov İsrail Knessetinin (parlamentinin) sədri Amir Ohana ilə görüşüb.

"Cebheinfo.az" xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda regional proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tərəflər Rusiya-İsrail ikitərəfli münasibətlərinə dair bir sıra aktual məsələləri müzakirə ediblər.

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью