Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın bir neçə regionunda gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Hücumlar zamanı Tolyatti və Nijnekamsk şəhərlərinin sənaye zonalarının hədəf alındığı bildirilir.
İlkin məlumatlara görə, Tolyatti şəhərində raket yanacağının komponentlərini istehsal edən “Tolyattikauçuk” müəssisəsinin ərazisində yanğın baş verib. Hadisənin səbəbləri, mümkün dağıntılar və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.
Təbriz Mirzə
Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin