Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Ordusu Ukraynanın Polşa ilə sərhədində yerləşən strateji məntəqəyə endirdiyi dron zərbələri endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Rusiyaya məxsus PUA-lar Ukraynanın Aİ-yə açılan əsas tranzit qapısı olan Yaqodin-Dorohusk sərhəd keçid məntəqəsini və ərazidəki yanacaqdoldurma məntəqəsini vurub:
“Hücum səbəbindən Kiyevdən Polşaya qayıdan Almaniya Kanslerinin xarici siyasət məsləhətçisi Günter Zautter, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson və bir sıra avropalı diplomatların olduğu qatar sərhəd yaxınlığında təcili dayandırılaraq evakuasiya olunub. Paralel olaraq, Kiyev-Varşava marşrutu ilə hərəkət edən digər sərnişin qatarının lokomotivi də PUA zərbəsinə məruz qalıb.
Hücum zamanı Polşa sərhədində həyəcan siqnalları çalıb və Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar hava məkanının mühafizəsi üçün dərhal səmaya qaldırılıb. Ukrayna xarici işlər naziri Andriy Sibiha isə baş verənləri “Putinin birbaşa Aİ və NATO qapılarını döyən terroru” adlandıraraq müttəfiqləri qətiyyətli addımlar atmağa çağırıb”.