Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir neçə gün öncə Ukrayna Rusiyanın 4 vilayətindəki (İrkutsk, Murmansk, Ryazan və İvanovo) aviabazalara dron zərbələri endirib.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İvanovo, Ryazan və Amur vilayətlərindəki hücumlar dəf edilib.
Murmansk və İrkutsk vilayətlərində hava limanlarının bilavasitə yaxınlığındakı ərazilərdən PUA-ların buraxılmasından sonra bir neçə təyyarə yanıb.
Ümumilikdə 5 aerodroma endirilən zərbələr nəticəsində 40-dan çox təyyarə məhv edilib.Ukraynanın bu hücumları münaqişəni daha da gərginləşdirə bilərmi?
Bu hücumlar Rusiyanın Ukraynaya qarşı hücum kampaniyasının motivində dəyişikliyə səbəb ola bilərmi?Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yaxın perspektivdə Rusiya ilə Ukrayna arasındakı danışıqlar prosesinə ABŞ və Türkiyənin təşəbbüsü ilə start verilməsi ehtimalı yüksəkdir:"Bu danışıqlar prosesinin İstanbulda baş tutması gözləniləndir.
Həm Ukrayna, həm də Rusiya danışıqlar prosesində daha çox kartlara sahib olmaq istəyir.
Ona görə də cəbhədə irəliləyişin əldə olunmasına çalışırlar. Rusiya çalışır ki, Ukraynanı güzəştə getməyə məcbur etsin.
Ukrayna da eyni mövqedən çıxış edir. Bu baxımdan cəbhədə gücün azaldılması əsas şərtlərdən biridir.