Rusiyanın Su 24 ü Polşaya daxil oldu | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır. Rusiyaya məxsus Su-24 təyyarəsi Polşa hava məkanına daxil olub.
Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatında deyilir.
Bildirilib ki, insident fevralın 11-də Qdansk körfəzinin şərq hissəsində, ölkənin ərazi suları üzərində baş verib.
Su-24-ün Polşa hava məkanına maksimum 6,5 km dərinliyə daxil olduğu və orada 1 dəqiqə 12 saniyə qaldığı qeyd edilib.
Polşanın növbətçi xidməti Rusiya tərəfi ilə əlaqə saxlayıb və onlar insidentin səbəbinin Su-24 təyyarəsinin naviqasiya sisteminin nasazlığı ilə əlaqəli olduğunu bildiriblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu