Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın Milli Qvardiyasının "Omega" xüsusi təyinatlı dəstəsi Krımın Saki aerodromunda Rusiyaya məxsus "Su-24M" cəbhə bombardmançısını məhv edib.
“UNİAN“-ın məlumatına görə, təyyarə döyüş tapşırığına hazırlaşdığı vaxt zərbə endirilib.
Məlumata əsasən, məhv edilən "Su-24M" cəbhə bombardmançısının təxmini dəyəri 30 milyon ABŞ dolları təşkil edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin