Rusiyanın Suriyada hərbi mövcudluğu sual doğurur Onlar qərar verəcəklər

08.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali Rusiyanın respublikada hərbi mövcudluğu məsələsini yeni hakimiyyət nümayəndələrinin həll edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o bu barədə "Al Arabiya” telekanalına açıqlamasında belə deyib.

Dəməşqdə yaraqlılar tərəfindən saxlanılan hökumət başçısı bildirib ki, bu məsələ artıq onun səlahiyyətində deyil.

Qeyd edək ki, bazar günü səhər saatlarında silahlı müxalif qüvvələr Dəməşqə daxil olduqdan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью