Rusiyanın Suriyadakı bazası ələ keçirildi VİDEO KONKRET

08.12.2024

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsindən olan yaraqlılar bu əyalətdəki Rusiya bazasını ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Paylaşılan videoda Rusiya qüvvələrinin bir sıra əməliyyatlarda İŞİD-in formalarından istifadə etdiyi görünür.

Qeyd edək ki, dünən ABŞ-ın dəstəklədiyi və Suriya Demokratik Qüvvələri kimi tanınan YPG/PKK-nın Suriyanın şərqindəki Deyr əz-Zor şəhərinə nəzarəti Suriya rejim qüvvələrindən təhvil aldığı bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью