Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi necə olacaq? Peskov

09.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

"Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən danışmaq hələ tezdir".

Bakıvaxtı.az APA-ya istuinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bazalarının Xmeymim və Tartusda saxlanılması barədə danışmaq tezdir: "Bu, Suriyaya rəhbərlik edəcək şəxslərlə müzakirə mövzusudur".

Kremlin sözçüsü qeyd edib ki, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edə biləcək şəxslərlə təmaslar qurur: "Suriyada vəziyyət sabitləşəndən sonra Rusiya yeni hakimiyyət orqanları ilə öz ordusunun ölkədə qalmasını müzakirə etməyi planlaşdırır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью