Rusiyanın üç regionu hədəfdə: PUAlar vuruldu

07.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Rusiyanın üç regionunda Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd pilotsuz uçuş aparatı vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində iki, Həştərxan və Voronej vilayətləri üzərində isə bir PUA-nı məhv edib.

Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə edərək terror aktı törətmək cəhdinin qarşısının alındığı qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью