Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırıb

11.01.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Rusiyada mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") məlumat yayıb.

"Mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - qurumun "Telegram" kanalında dərc edilən məlumatda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью