Rusiyanın üçqat olimpiya çempionu dərmandan zəhərlənərək 49 yaşında öldü

03.03.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rusiyanın sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev 49 yaşında ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat paylaşıb.

B.Saytiyev Moskva xəstəxanasında dünyasını dəyişib. O, günorta güclü təsiredici maddələrdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Güləşçi ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Ağrıları aradan qaldırmaq üçün tərkibində güclü maddələr olan dərmanlardan istifadə edirmiş.

Ölümün ürək dayanması səbəbindən baş verdiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью