Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 970 hərbçisini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 104 min 550 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 2 tank, 43 artilleriya sistemini və 3 zirehli döyüş maşınını məhv edib.
Daşqın Həsənov
Missiya.Az