Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

27.01.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1430 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 831 min 620 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 3 tank, 16 artilleriya sistemi və 12 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью