Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

25.06.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 950 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 1 milyon 14650 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 1 tank, 58 artilleriya sistemi və 6 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью