Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

18.07.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1180 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 39 min 830 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 3 tank, 47 artilleriya sistemi və 9 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью