Rusiyanın Ukraynadakı hərbi itkiləri ilə bağlı məlumatlar sızdırıldı

25.11.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya hökumət qurumlarına qarşı həyata keçirilən kiberhücum nəticəsində Ukrayna müharibəsindəki hərbi itkilərlə bağlı məlumatların sızdırıldığı iddia olunur.

Turkustan.az xəbər verir ki, sızdırılan məlumatlarda 2022-ci ilin fevralında başlayan müharibə zamanı təxminən 500 min rusiyalı hərbçinin həlak olduğu bildirilir.

BBC-nin Rus xidmətinin məlumatına görə, Belarusun “Cyber Partisans BY” və Ukraynanın “Silent Crow” qrupları tərəfindən həyata keçirilən kiberhücum nəticəsində 2021-ci ildən 2026-cı ilin sentyabrınadək olan dövrü əhatə edən 11 milyondan çox ölüm qeydinə giriş əldə edilib.

Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) kiberhücuma məruz qaldığını təsdiqləsə də, qorunan məlumatların sızdırılması ilə bağlı iddiaları təkzib edib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью