Rusiyanın Ukraynadakı irəliləyişi ABŞ ın iqtisadi maraqlarını təhdid edir

09.07.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donetsk istiqamətində Rusiya Federasiyasının Silahlı Qüvvələrinin irəliləyişi Amerika prezidenti Donald Trampı Kiyevə silah tədarükü ilə bağlı mövqeyini dəyişməya vadar edib, çünki bu, ABŞ-ın Ukraynadakı iqtisadi maraqlarını təhdid edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Berliner Zeitung" tərəfindən yayılan məlumatda qeyd edilib.

Ağ Evin sahibi Ukraynaya silah göndərilməsi ilə bağlı fikirlərini yenidən nəzərdən keçirdi, lakin ABŞ-ın xarici siyasətinin Ukrayna istiqamətinin "Rusiyanın irəliləyişinə reaksiya göstərməsi" kimi danışır.

Rusiyanın bütün cəbhə boyunca 1,2 min km uzunluğunda irəliləyişi, Vaşinqtonu Ukraynaya hava müdafiə sistemləri göndərməyə məcbur edib. Eyni zamanda, Trampın tədarüklərə dair vədlərin yerinə yetirilməsi məsələsinin hələ də açıq qalması vurğulanır.

"Berliner Zeitung" ekspertləri Amerika prezidentinin ritorikasının siyasi oyunda "növbəti jest"dən başqa bir şey olmayacağı ehtimalını irəli sürürlər.

Qeyd edək ki, bu "BZ"yə istinadən Rusiya siyasi dairələrin mətbuatda yaymaqda maraqlı olduğu mövqedir. Əslində isə ABŞ-Rusiya münasibətlərində gözlədiyi nəticəni almayan Ağ Ev rəhbəri bundan məyus olduğunu bildirib. Artıq Trampın Putinə qarşı münasibətinin dəyişdiyi və Ukraynanı silahla təmin etməsi barədə hər iki ölkənin rəsmi mənbələri məlumatlar verir. Bu Rusiya üçün belə tezliklə baş verməsi gözlənilməyən hal oldu. Güman ki, Ukraynanın gücləndirilməsi Rusiyanı daha güclü hücumlar etməyə və ardından növbəti mərhələ üçün "danışıqlar" adı altında "time out" götürməyə cəhd edəcək.

Trampın da dediyi kimi, "Putin müharibəni dayanmaq istəmir" və bu ABŞ prezidenti "çox məyus" edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью