Icma.az, Bizim media saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, fevralın 12-də ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Valdimir
Belə ki, liderlər Ukraynadakı münaqişəni müzakirə ediblər və münaqişəyə sülh danışıqları yolu ilə son qoymaq barədə razılığa gəliblər.Eyni z
O, həmçinin Kiyevin NATO-ya üzv olmayacağını da bildirib.Bu proseslər ABŞ-ın Ukraynanı Rusiyaya sərf edəcək formada sülhə məcbur edəcəyi ilə
Digər tərəfdən, görünən odur ki, Ukraynada istədiyinə nail olan Rusiya heç də həmin ölkə ilə kifayətlənməyəcək.
Bu isə digər ölkələrin də hədəf alınması ehtimalını gündəmə gətirib.Görəsən, Ukraynadan sonra, Rusiyanın növbəti hədəfi hansı ölkə ola bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, Rusiya özünü keçmiş SSRİ-nin siyasi varisi elan edib:“Putin də prezident kreslosuna oturandan sonrakı açıqlamalarında SSRİ-nin süqutunu təəssüf hissilə qeyd etməklə, əslində onun bərpa edilməsi niyyətini büruzə verdi.
Keçmiş sovet məkanında olan dövlətlərin bu və ya digər formada nəzarətə götürülməsi istiqamətində atılan addımlar da ondan xəbər verirdi ki, Putin keçmiş SSRİ-ni bərpa etməyi özünün əsas siyasi məqsədlərindən biri hesab edir.Gürcüstan, Ukrayna, Moldova ilə bağlı məsələ, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində separatçılara verdikləri dəstək də əslində həmin ölkələri özünün təsir dairəsində saxlamaq niyyətindən xəbər verirdi.
Bu niyyət Orta Asiya respublikalarına münasibətdə də hər zaman aşkar şəkildə görünüb.Artıq Rusiyanın Ukraynaya müdaxiləsinin 3 ili tamam olur.