Rusiyanın Ukraynanın “Yujmaş” zavoduna ballistik raketlə hücumunun görüntüləri yayılıb VİDEO

21.11.2024

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Rusiyanın Ukraynanın Dnepropetrovsk şəhərində yerləşən “Yujmaş” zavoduna orta mənzilli "Oreşnik" ballistik raketlə hücumunun görüntüləri yayılıb.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, görüntüləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" sosial şəbəkəsində nümayiş etdirib. Qeyd edək ki, bu gün axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib. Müraciətdə Putin Ukraynanın ABŞ və Britaniya istehsalı uzaq mənzilli raketlərlə Rusiya ərazisini vurmasına cavab olaraq Rusiyanın Ukrayna ərazisini hipersəsli ən müasir orta mənzilli “Oreşnik” raketi ilə vurduğunu açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью