Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxt Kiyev və ətraf bölgəyə endirilən zəbərlər nəticəsində bir nəfər ölüb, çoxlu sayda yaralı var. Hücum ciddi dağıntılara səbəb olub.
Krivoy Roq yaxınlığındakı bir evə “İsgəndər” raketi düşüb. Nəticədə uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Lvova hücumlarda isə bir neçə yaşayış binasında güclü yanğın baş verib. Ümumilikdə 20-dən çox yaşayış binası, eləcə də bir məktəb və iki uşaq bağçası zərər görüb. Lvova hücum nəticəsində təxminən 20 yaralının olduğu bildirilir.
Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi genişmiqyaslı gecə hücumunun hədəfləri açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin yayadığı məlumatda deyilir ki, Rusiya Silahlı Qüvvələriu Ukraynadakı aerodromlara, hərbi-sənaye kompleksi (HSK) obyektlərinə və logistika mərkəzlərinə kütləvi hücum təşkil edib. Hücumlar Kiyev, Lvov, İvano-Frankovsk, Jitomir, Rovno, Vinnitsa və Dnepropetrovsk vilayətlərindəki müxtəlif təyinatlı raket silahlarının və pilotsuz uçuş aparatlarının istehsalı, saxlanması və çatdırılması, eləcə də hava vəziyyəti monitorinq sisteminin işləməsini təmin edən obyektlərə təsir etdiyi dəqiqləşdirilib.
Zərbə qurudan, havadan və dənizdən uzaqmənzilli dəqiq silahlar, eləcə də hücum dronları ilə həyata keçirilib.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Yujnıy limanında bir quru yük gəmisinə və Odessanın şərqində və cənubunda silah və hərbi texnika daşıyan iki quru yük gəmisinə zərbələr endirib.
Ukrayna Silahlı Qüvvələri də öz növbəsində Rusiyaya PUA-larla hücum edib.
Sərhəddən yüzlərlə kilometr aralıda yerləşən Rusiya bölgəsinin hakimiyyət orqanları Ukrayna hava hücumunun nəticələrini açıqlayıb.
Belə ki, Ukrayna dronları Penzada logistika obyektə hücumu nəticəsində güclü yanğın baş verib. Nəticədə bir nəfər yaralanıb və anbardan təxminən 200 işçi təxliyə edilib.
Penza administrasiyası Ukrayna Silahlı Qüvvələrinin bölgədəki bir anbara etdiyi pilotsuz təyyarə hücumundan sonra qatı tüstü səbəbindən sakinləri evdə qalmağa çağırdı.
Mürtəza