Rusiyanın Ust Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib

14.08.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Moskva, 14 avqust, AZƏRTAC

Rusiyanın Leninqrad vilayətindəki Ust-Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib. Son məlumatlara görə, Leninqrad vilayəti üzərində Ukraynanın 54 dronu zərərsizləşdirilib.

Sankt-Peterburqdakı Pulkovo hava limanı Moskva vaxtı ilə saat 03:03-dən etibarən yalnız əvvəlcədən razılaşdırılan uçuşların yerinə yetirilməsinə keçib.

Dron hücumunun nəticələri Tver vilayətinin Kalininski rayonunda da qeydə alınıb. Burada “Wildberries” anbarının divarı zədələnib. Obyektdə yaranan tüstülənmə tez bir zamanda söndürülüb. İşçilər arasında xəsarət alman yoxdur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью