Rusiyanın vurduğu Türkiyə gəmisi batdı

27.07.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Odessa sahillərində Rusiyanın raket zərbəsi nəticəsində zədələnmiş Türkiyəyə məxsus "GOLDEN LEO" yük gəmisi batıb.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, gəmi bir həftə əvvəl Rusiyanın raket hücumu nəticəsində ciddi zədələnmişdi.

Məlumata görə, gəminin göyərtəsində hələ də qarğıdalı yükü qalır. Gəminin batdığı ərazidə dənizin dərinliyi 22-24 metr təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью