Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İlin əvvəlindən bəri borc 9 milyard dollar artıb.
Rusiyanın xarici borcu 2026-cı ilin ilk doqquz ayında 9 milyard dollar artaraq 315,8 milyard dollara çatıb.
AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankı məlumat yayıb.
Qeyd olunub ki, 1 oktyabr tarixinə ölkənin xarici kreditorlara borcu ilin əvvəlinə nisbətən 2,9% artıb. Bu artımın əsas səbəbi bank sisteminin və iqtisadiyyatın digər sektorlarının öhdəliklərindəki dəyişikliklər olub.
Mərkəzi Bankdan qeyd edilib ki, "əsas amil digər sektorların və bank sisteminin xarici öhdəliklərinin artması olub".
2026-cı ilin əvvəlində Rusiyanın xarici borcu 306,8 milyard dollar təşkil edib. Beləliklə, yanvar-sentyabr ayları arasında bu rəqəm 315,8 milyard dollara yüksəlib.
Müqayisə üçün, 1 oktyabr 2025-ci il tarixinə ölkənin xarici borcu 310,2 milyard dollar olaraq qiymətləndirilib.