Rusiyanın xarici dövlət borcu açıqlanıb

16.07.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyanın xarici dövlət borcu  55,494 milyard dollar təşkil edib ki, bu da 2026-cı il iyunun 1-nə olan 54,876 milyard dollardan 1,12% çoxdur.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat verib.

Maliyyə Nazirliyinin məlumatına görə, mayın 1-nə olan məlumata görə, Rusiyanın xarici dövlət borcunun həcmi 56,885 milyard dollar təşkil edib.

Aprelin 1-də bu rəqəm 61,118 milyard dollar, martın 1-də 61,753 milyard dollar, fevralın 1-də isə 61,973 milyard dollar olub.

1 yanvar 2026-cı il tarixinə Rusiya Federasiyasının xarici dövlət borcu 57,27 milyard dollar təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью