Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıda səfərdədir

18.04.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda səfərdədir.

APA xəbər verir ki, Narışkin aprelin 17-18-də Bakıda keçirilən “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.

Narışkin səfər çərçivəsində həmçinin Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, eləcə də digər kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb.

O danışıqlarda xüsusi xidmət orqanları vasitəsilə Rusiya-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyi, konstruktiv, qarşılıqlı faydalı və etimad xarakteri daşıdığı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının milli maraqlarının qorunmasına yönəldiyini bildirib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью