Rusiyanın Xarkov uşaq bağçasına zərbələri ilə bağlı yeni təfərrüatlar... | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Ölən və xəsarət alanlar var...
...Artıq xəbər verildiyi kimi, Rusiya ordusu Xarkovda özəl uşaq bağçasına üç “Şahed” pilotsuz təyyarəsi ilə zərbələr endirib.
Hələlik bir itki və bir yaralı məlumdur. SİA-nın məlumatına görə, “RBK-Ukrayna” Xarkova hücumdan sonrakı vəziyyətlə bağlı xəbər verir.
Xarkov meri İqor Terexovun sözlərinə görə, düşmən üç “Şahed” pilotsuz təyyarəsi ilə uşaq bağçasını vurub.
Zərbənin təsirindən binanın ikinci mərtəbəsi dağılıb. Hadisə yerində də böyük yanğın baş verib. Yaxınlıqdakı ofisə də ziyan dəyib.
Hadisə yerində bütün müvafiq xidmətlər işləyir. Yaralı İlkin məlumata görə, zərbə nəticəsində 6 nəfər xəsarət alıb.
Onlardan 5-i hadisə yerində işləyən kommunal işçilər olub. Bir ölüm, 40 yaşlı kişi də məlumdur.
Uşaqlar Saat 12:15-ə olan məlumata görə, uşaqlar arasında xəsarət alan yoxdur.
Tam oxu
Xəbəri oxu