Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

29.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva, 29 sentyabr, AZƏRTAC

Rusiyanın Yaroslav vilayətində Pereslavl-Zalessk dairəsinin Kubrinsk qəsəbəsində pirotexnika zavodunda baş verən yanğında ölənlərin xatirəsini anmaq üçün sentyabrın 30-da matəm günü elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə regionun qubernatoru Mixail Yevrayev məlumat verib.

Matəm günündə dövlət binalarında bayraqlar yarıya endiriləcək. Televiziya və radio şirkətlərinə, mədəniyyət müəssisələrinə əyləncə proqramlarını və tədbirlərini ləğv etmək tövsiyə olunur.

Sentyabrın 28-də Kubrinsk qəsəbəsində pirotexnika zavodunda güclü yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, yanğın nəticəsində 14 nəfər ölüb, bir yaralı var.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью