Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Omsk şəhəri 2027–2028-ci illər qış mövsümündə Rusiyanın “Yeni il paytaxtı” olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Omsk vilayətinin qubernatoru Vitali Xotsenko öz teleqram kanalında bildirib.
Şəhər bu statusu Rusiya Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqə nəticəsində qazanıb.
Qeyd edək ki, Voloqda 2026-cı il üçün Rusiyanın “Yeni il paytaxtı” seçilib, Kirov isə bu ada 2025-ci ildə sahib olmuşdu.