Rusiyanın yeni SİLAHI

01.07.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Rusiya yeni super silahını təqdim edib.

Belə ki, "İzdeliye 305E" hücum helikopterlərini silahlandırmaq üçün istifadə edilən yüngül, çoxməqsədli idarə olunan raket, görünməmiş dəqiqliyə malikdir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, raket “High Precision Systems” holdinqi tərəfindən hazırlanıb.

Hazırda sursat istifadəsi asanlığı ilə diqqət çəkir. Məhz tələb olunan yeganə şey uçuşun terminal mərhələsində onu nəzərdə tutulan hədəfə doğru istiqamətləndirməkdir.

Raketin döyüş başlığı düşmənin zirehli texnikasını, artilleriyasını, hava hücumundan müdafiə sistemlərini, atəş mövqelərini və binalarını məhv etməyə qadirdir.

Qeyd edək ki, "İzdeliye 305" təxminən 25 kilometr uçuş məsafəsinə malikdir və 25 kiloqramlıq döyüş başlığı daşıyır.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью