Rusiyanın zərbəsi nəticəsində Kiyev vilayətində dağıdılmış binada ölənlərin sayı on nəfərə çatıb

23.11.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Dünən Rusiyanın hava hücumu nəticəsində Kiyev vilayətinin Dımer şəhərində dağıdılmış çoxmərtəbəli binada ölənlərin sayı on nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev vilayəti administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, xilasetmə işləri gecə boyu davam edib, ölənlərin sayı on nəfərdir. Dağıntılar altından bir qadın xilas edilib

Hazırda xilasetmə işləri davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью