RusiyaUkrayna arasında əsir mübadiləsi

30.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər 150-nin 150-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.

“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 rusiyalı hərbi qulluqçu geri qaytarılıb, onlara lazımi psixoloji və tibbi yardım göstərilib, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir", - nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya hərbçilərinin əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью