RusiyaUkrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü

18.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

"Report"un məlumatına görə, bu, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Kürdəmir rayonundan olan 1998-ci il təvəllüdlü Teymur Asif oğlu Eminovdur.

O, ötən həftə Donetsk vilayətinin Revnopol kəndində gedən döyüşlərdə həlak olub.

Xatırladaq ki, daha əvvəl Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Vaqif oğlu Abdullayev Rusiya-Ukrayna müharibəsində həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью