RusiyaUkrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü

13.11.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Ruslan Vaqif oğlu Abdullayev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub.

Bir neçə gün əvvəl gedən döyüşlərdə R.Abdullayev həlak olub.

Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu 3-cü Tala kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, daha əvvəl Lənkəranın Separadi kəndindən olan həmyerlimiz Zöhrab Əbülhəsən oğlu Əzimov Rusiyanın Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью