RusiyaUkrayna müharibəsində daha bir azərbaycanlı həlak olub FOTO AzPolitika onlayn siyasiictimai qəzet

22.11.2024

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

“Qafqazinfo” xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib.

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью