RusiyaUkrayna müharibəsində həlak olan azərbaycanəsilli hərbçinin nəşi 2 ay sonra tapıldı

22.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş, Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-Amur şəhərində dəfn edilib.

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

Hərbçinin nəşi 2 ay sonra tapılaraq ailəsinə təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью