Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. Son günlər dünya mediasında əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri Vl
Rusiyanın “Telegram” kanallarında isə artıq görüş məkanı gündəmdədir.
Mümkün bir neçə şəhərin adı səsləndirilir - Onlardan biri MDB-də Astana və ya Bakı, ikincisi Mərkəzi Avropada Vyana, üçüncüsü isə Avropa qitəsindən kənarda İstanbul şəhəridir...
Maraqlıdır, Tramp-Putin görüşü reallaşacaqmı? Görüş Bakıda keçirilə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, Tramp-Putin görüşü əlbəttə, baş tutacaq: “Tramp hələ prezident seçkiləri ərəfəsində də açıq şəkildə bəyan etmişdi ki, 24 saat ərzində Ukrayna-Rusiya müharibəsini bitirəcək.
Yəni bu xarici siyasət Donald Tramp administrasiyasının prioritetlərindən biridir.
Üstəlik, artıq Rusiya da bu görüşdə maraqlı olduğunu bəyan edib, hətta bir təşəbbüskar kimi görüşə hazırlıqlara başlamaq zamanının çatdığını bildirib.
Hər iki tərəf də buna hazırlıqların getdiyini təsdiq edib. O ki qaldı, konkret hansı məkanın seçilməsinə, burada daha çox neytral, hər iki t