Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyaya 2025-ci ildə 64 000 ədəd BMW və 36 600 ədəd “Mercedes” idxal edilib.
Avtosfer.az xəbər verir ki, statistikanı Avtostat yayıb. Bildirilir ki, hesabat dövründə BMW idxalı illik müqayisədə 44 faiz, “Mercedes” isə 47 faiz artıb.
Federasiyaya gətirilən BMW-lərin 18 min ədədi, “Mercedes”lərin isə 10 200 ədədi sıfır kilometr avtomobillər olub.
Zığ yolunda baş verən zəncirvari qəzanın ANBAAN VİDEOsu
Bu artım dinamikası bir faktı göz önünə sərir: kiselyovların, solovyovların, kabayevaların antiqərb təbliğatına baxmayaraq Avropa maşınlarına maraq səngimir. Üstəgəl, bu artım Çin avtosalonlarının kütləvi şəkildə bağlandığı, 19-cu sanksiyalar paketinin qəbul edildiyi dövrə təsadüf edir.
Vüqar
Oxunub 14