Rusiyaya apardıqları bibər yox, narkotik imiş Video

22.08.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Astara” gömrük postunda külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Bu barədə Hurriyyet.Media -ya  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью