Rusiyaya aparılan daha bir alma yükündə narkotik tapıldı FOTO

09.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir “alma” yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib. 
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. 
 

Bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.


"Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib",- deyə məlumatda bildirilib. 
Faktla bağlı araşdırma aparılır. 



Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью