Rusiyaya “aqressiv sanksiyaya” hazırıq ABŞ

07.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün zərurət yaranarsa, ABŞ tərəddüd etmədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.

“Hazırkı administrasiya sülh danışıqlarına kömək edərsə, sanksiyalarla bağlı addım atmaqdan çəkinməyəcək. ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal və maksimum effekt əldə etmək üçün sanksiyalar açıq və aqressiv şəkildə tətbiq olunacaq”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью