Rusiyaya aviareyslər təxirə salınıb? AZAL dan cavab yoxdur

20.07.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Rusiyaya uçmaq istəyən bəzi sərnişinlər reyslərin təxirə salınması barədə Ajans.az-a məlumat veriblər.

Referans bildirir ki, Ajans.az dərhal məlumatı dəqiqləşdirmək üçün AZAL-ın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdı. Lakin mətbuat katibinin telefonunun bağlı olması səbəbindən zənglər cavabsız qaldı.

Hava limanı ilə də əlaqə saxlayıb məlumatı dəqiqləşdirmək cəhdlərimiz alınmadı.

Təəssüf ki, Azal ilə əlaqə saxlamaq müşkülə çevrilib və suallarımıza cavab verəcək, bizə edilən müraciətlərin dəqiq olub olmamasını öyrənəcək rəsmi mənbə olan Azalın media təmsilçiləri ilə danışmaq hələ ki, mümkünsüzdür.

“Cebheinfo.az” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью