Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiyada payızın gəlməsi ilə yanaşı, əhalinin sıx yaşadığı ərazilərdə canavarların görünməsi narahatlığa səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, yemək axtararaq şəhər mərkəzlərinə və qəsəbələrə enən canavarların, xüsusən də mal-qara və fermalar üçün təhlükə yaratdığı bildirilir. Moskva bölgəsində, eləcə də Leninqrad, Tümen, Sverdlovsk və Transbaikaliyada canavarların göründüyü və bəzi hücumlar qeydə alınıb.
Yemək axtararaq insan məskənlərinə yaxınlaşan heyvanların xüsusilə itləri və ferma heyvanlarını hədəf aldığı deyilir. Transbaikaliyada evinin qarşısında canavarın hücumuna məruz qalan bir kişi yanında olan bıçaqla özünü müdafiə etməyi bacarıb. Leninqradda itini gəzdirən bir qadın onu izləyən canavardan çətinliklə xilas olub.
Vəhşi təbiət mütəxəssislərinin fikrincə, yeməyə asan çıxış canavarların əhalinin sıx yaşadığı ərazilərə cəlb olunmasında amil ola bilər. Zibil qalıqlarında qalan qida tullantıları və qorunmayan ev heyvanları canavarları yaşayış yerlərinə cəlb edə bilər, eləcə də yetkin canavarlar gənc heyvanlara ov etməyi öyrədirlər.
Sakinlərə itlərini təhlükəsiz ərazilərdə saxlamaları və qida tullantılarını açıq qoymamaları tövsiyə olunur. Bildirilib ki, canavarlarla qarşılaşdıqda qaçmaq olmaz, heyvana arxa çevirməmək, yavaş-yavaş geri çəkilmək lazımdır. Bəzi xəbərdarlıqlarda mümkün hücumlar zamanı bıçaq kimi iti alətlər gəzdirmək də tövsiyə olunub. Lakin bu çağırışı hansı rəsmi qurumun etdiyi hələ təsdiqlənməyib.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin