Rusiyaya casusluqda ittiham olunan gənclər saxlanıldı

26.09.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Niderlandda Rusiyaya casusluqda ittiham olunan iki yeniyetmə saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.

Məlumata görə, 17 yaşlı yeniyetmələrin Haaqada həyata keçirilən haker əməliyyatlarında iştirak etdiyi ehtimal olunur.

Şübhəlilərdən birinin atası bildirib ki, səkkiz maskalı şəxs axtarış qərarı ilə onların evinə daxil olub və əlavə məlumat vermədən oğlunun “casusluq” və “xarici dövlətə xidmət göstərməkdə” şübhəli olduğunu bildiriblər.

Bakupost.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью