Rusiyaya “daha sərt” sanksiyalar hazırlayırlar

21.05.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Avropa İttifaqı (Aİ) Ukrayna məsələsində Rusiyaya təzyiq göstərməyə davam etmək niyyətindədir və bu məqsədlə “daha da sərt” sanksiyalar paketi üzərində işləyirlər.
Reyting.az
xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətindən bildiriblər.
Aİ-nin nümayəndəsi Anitta Hipper deyib ki, Rusiya tam, qeyd-şərtsiz atəşkəslə razılaşmasa, təzyiqlər artacaq. O, artıq daha sərt sanksiyalar paketi üzərində iş getdiyini bildirib.
Xatırladaq ki, bir gün əvvəl Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təqdim edib.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью