“Rusiyaya əmisinin yanına işləməyə gedirdi” Qəzada sağ qalan Ayhanın atası | Icma.az
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün təyyarə qəzasında sağ qalanlardan biri də Lənkəran rayon Lüvəsər kənd sakini 2004-cü il təvəllüdlü Ayhan Zəfər oğlu Bayramzadədir.
Lent.az-ın verdiyi xəbərə görə atası Zəfər kişi deyib ki, evin tək oğlu olan Ayhan əmisinin yanına işləməyə gedirdi.
"Dünən bibisi ilə Sumqayıt şəhərinə getdi. Bu gün səhər təyyarə ilə Rusiyaya əmisinin yanına özünə iş qurmağa getdi.
Saat 11-12 də onlardan bir xəbər çıxmadı. Qardaşıma zəng etdim Ayhandan nə xəbər var. Qardaşım ağladı dedi evimiz yıxılıb.
Ayhanın olduğu təyyarə Qazaxıstanda qəzaya düşüb, amma sağ qalanlar var. Ümid edək ki, Ayhan da sağ qalanların siyahısındadır.
Yoldaşıma bir söz demədim. Televizora baxdım gördüm Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov oğlumla danışır, səhhəti ilə maraqlanır.
Ondan sonra yoldaşıma xəbəri verdim. Sağ olsun dövlət başçısı hadisə ilə bağlı operativ qrup yaratdı.
Tam oxu
Xəbəri oxu