Rusiyaya əsir düşən britaniyalı döyüşçüdən SENSASİON ETİRAFLAR VİDEO

02.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Rusiya ordusu Donbasda britaniyalı muzdlu döyüşçü Hayden Uilyam Devisi əsir götürüb.
Bizim.Media “ria novosti”yə istinadən xəbər verir ki, əsir düşən döyüşçü bir sıra faktları açıqlayıb.
O, bildirib ki, Ukrayna tərəfdən italyanlar, almanlar, amerikalılar və ingilislər vuruşurlar:
“Lakin ən çox muzdlu döyüşçü Kolumbiyadan gəlib. Onların sayı yüzlərlədir”.
Devis Ukrayna müharibəsinə niyə qatıldığını da açıqlayıb. O, bu addımı atmasını ağır həyat yaşaması ilə izah edib. Devis uzun illər xidmət etdikdən sonra narkotik vasitələrdən istifadə etdiyinə görə Böyük Britaniya ordusundan qovulduğunu, iş tapmaqda çətinlik çəkdiyini və psixi problemlər yaşadığını bildirib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью