Rusiyaya gedənlər üçün mühüm xəbər: imtiyazlar verilir

25.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Yüksək ixtisasa malik əcnəbi mütəxəssislər rus dili, Rusiya tarixi və qanunvericiliyin əsasları fənlərindən imtahan verməkdən azaddırlar.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin materiallarında qeyd olunub.

Məlumata görə, belə işçilərin bir sıra üstünlükləri var: onlar ailə üzvlərini özləri ilə Rusiyaya gətirə, həm özləri, həm də yaxın qohumları üçün sadələşdirilmiş qaydada yaşayış icazəsi ala bilərlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aydınlaşdırıblar ki, belə mütəxəssislərə iş vizası iş icazəsi müddətinə verilir, lakin üç ildən çox olmayaraq. Öz növbəsində, işəgötürənin belə xarici işçiləri cəlb etmək və istifadə etmək üçün icazə almasına ehtiyac yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью