Rusiyaya gələn əcnəbilərin tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanır

06.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Dövlət Duması ölkəyə gələn əcnəbilərin məcburi tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.

APA TASS-a istinadən xəbər verir ki, bunu qanunverici orqanın sədri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.

“Ölkəmizə gələn əcnəbi vətəndaşların tibbi yoxlamadan keçirilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsləri üzərində işləyirik”, – deyə V. Volodin bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью